AZ

“Qarabağ” ukraynalı qapıçını heyətinə qatır?

“İmişli”nin qapıçısı Andrey Sinenko karyerasını “Qarabağ”da davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı qolkiperlə maraqlanır. Futbolçunun agenti Dmitri Xlebosolov da bu iddianı təsdiqləyib.

Agent bildirib ki, Sinenko hazırda Azərbaycan çempionatının ən yaxşı qapıçılarından biridir və onun daha yüksək səviyyəyə keçidi üçün mövsümün sonunda müxtəlif variantlar nəzərdən keçiriləcək.

Qeyd edək ki, transferin yayda reallaşması mümkündür.

Seçilən
52
idmanxeber.az

1Mənbələr