AZ

Azərbaycanda universitetlərlə bağlı gözlənilən qərar

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.

Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur.

Görəsən, universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə nə dərəcədə təsir edəcək?

Həmçinin tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, köçürülmə olarsa, təhsilin keyfiyyəti artar.

Seçilən
45
10
publika.az

10Mənbələr