AZ

Dərman qəbul etmədən yuxunu yaxşılaşdırmağın yolları açıqlandı

Rusiyalı həkim Sergey Kozırev yuxu keyfiyyətini cəmi iki həftəyə yaxşılaşdırmağın mümkün olduğunu bildirib. Piroqov Universitetinin mütəxəssisi qeyd edib ki, bunun üçün yalnız rejimə əməl etmək kifayət deyil, həm də yataq otağındakı mühiti düzgün tənzimləmək lazımdır.

Həkimin sözlərinə görə, yataq otağında temperaturun 20-21 dərəcə olması ideal hesab edilir. Belə temperatur orqanizmi əlavə enerji sərf etməkdən qoruyur və tərəmənin qarşısını alır.

"Yuxu üçün ən əlverişli vaxt isə saat 22:00 ilə 23:00 arasıdır. Çünki məhz bu saatlarda yuxu hormonlarının ifrazı pik həddə çatır. Gündəlik yuxu müddətinin səkkiz-doqquz saat olması tövsiyə edilir, lakin yaşlı insanlar üçün bu müddət bir qədər az ola bilər.

"Yuxudan əvvəl fiziki və emosional gərginlikdən uzaq durmaq, smartfon və televizordan istifadəni dayandırmaq vacibdir. İlıq duş qəbul etmək bədəni rahatlatsa da, çox isti və ya soyuq su əks təsir göstərə bilər. Bu qaydalara əməl etdikdə insanların böyük əksəriyyətində yuxu problemi dərmansız həll olunur. Əgər çətinliklər davam edərsə, həkimə müraciət etmək məsləhətdir", - o fikrini yekunlaşdırıb.//Demokrat.az

Seçilən
21
musavat.com

1Mənbələr