AZ

Azərbaycan və İran XİN başçıları Naxçıvana dron hücumunu müzakirə edib » AzadMedia.az


Azərbaycan və İran xarici işlər nazirləri – Ceyhun Bayramov və Abbas Araqçi telefon danışığı aparıblar. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər regiondakı vəziyyəti müzakirə edib, hərbi gərginliyin azaldılması ilə bağlı mümkün addımlar ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin Xəzər regionunda təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.
Ceyhun Bayramov Naxçıvana İran ərazisindən həyata keçirilən pilotsuz uçuş aparatları hücumunun araşdırılmasının tezliklə başa çatacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, 5 mart tarixində Naxçıvan şəhərində yerləşən beynəlxalq hava limanına dron hücumu olub. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb, hava limanına ciddi ziyan dəyib.
Seçilən
61
1
azadmedia.az

2Mənbələr