AZ

İranla mümkün razılaşma müzakirə edildi: Vens-Netanyahu danışıqlarının PƏRDƏARXASI

ABŞ vitse-prezidenti Ceyms Devid Vens və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Tərəflər İranla mümkün razılaşmanı müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin və İsrailin “12-ci kanal” televiziya kanalının müxbiri Barak Ravid məlumat yayıb.

“Vens və Netanyahu İranla müharibəyə son qoyacaq mümkün razılaşmanın komponentləri barədə danışıblar”, – o “X” hesabında yazıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında son iki gündür Tehranla Vaşinqtonun hərbi əməliyyatların yekunlaşdırılmasına dair səmərəli danışıqlar həyata keçirdiyni qeyd edib. O bildirib ki, Pentaqona 5 gün ərzində İranın enerji infrastrukturlarına zərbə endirməməyi tapşırıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai IRNA agentliyinə açıqlamasında bu məlumatı təkzib edib və Vaşinqtonla heç bir danışıqların aparılmadığını, lakin vasitəçilərin köməyilə mövqeyini bildirdiyini deyib./Globalinfo.az

Seçilən
11
1
turkustan.az

2Mənbələr