Azərbaycan taekvondoçuları pumse üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında “Türkiye Open” beynəlxalq turnirində iştirak etmək üçün Antalya şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, komandamızın üzvləri martın 24-də mübarizəyə qoşulacaqlar.
İdmançılarımızdan Aydan Həsənzadə, Həqiqət Ələsgərli, Fidan Qəhramanova, Curu Bədəlov, Emin İsmayılov fərdi, Hüseyn Novruzov isə fərdi və "freestyle" proqramında çıxış edəcək.
Yarışda beynəlxalq dərəcəli referilərimiz, ATF-in Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev və Aygül Abdullayeva döyüş, Ramal Camalov isə pumse, parataekvondo və döyüş üzrə ölkəmizi hakim kimi təmsil edəcəklər.
Taekvondo üzrə "Demo team" üçün açıq məşq təşkil olunub
Deflimpiya və Paralimpiya milliləri birgə təlim-məşq toplanışına başlayıb - FOTO
Milli Paralimpiya Komitəsi Azərbaycan Taekvondo Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə bürünc medal qazanıb
ATF "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirib