AZ

Sabunçuda “Şəhərsalma ili”ndə qanunsuz tikinti FOTO

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Sabunçu rayonu, Sülh küçəsində qanunsuz tikinti aparılır.Demokrat.az xəbər verir ki, qanunsuz tikintinin qarşısının alınması üçün Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən heç bir addım atılmır. Belə ki, obyektin üzərində artırma edilərək əlavə tikinti gedir. Amma İH beş addımlığındakı qanun pozuntusunu görməzdən gəlir. Halbuki Sülh küçəsi elə Sabunçu İH-nin yaxınlığıdır. Sözügedən obyekt də elə İH-ə yaxın yerləşir.Ancaq icra başçısı Adil Vəliyev qanunsuz tikintini dayandırmaq üçün heç bir göstəriş verməyin. Sakinlərin sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlar da susmağa üstünlük verir. Ancaq bunun səbəbi açıqlanmır.Görünən odur ki, aidiyyatı qurumlar Prezidentin 2026-nı “şəhərsalma ili” elan etməsindən xəbərsizdir. Əks təqdirdə, bu özbaşınalığa rəvac verilməzdi. Hər bir halda, bu faktla bağlı adıçəkilən qurumların münasibətini işıqlandırmağa hazırıq. (Tribuna.az)Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
demokrat.az

1Mənbələr