AZ

Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın pley-off mərhələsində Şimali İrlandiya ilə oyundan öncə komandasına təmkinli olmağı tövsiyə edib.

QOL.az xəbər verir ki, mütəxəssis futbolçuların 2018 və 2022-ci illərdəki uğursuzluqların psixoloji təsirindən qurtulmalı olduğunu vurğulayıb: 

“Onları bu gərginliklə boğmağa ehtiyac yoxdur. Bu oyunçular Avropa çempionu olublar, Çempionlar Liqasının finallarında oynayıblar. Onlar belə matçlara öyrəşiblər. Heç bir bəhanə yoxdur, yalnız qarşıdakı oyunu düşünməliyik”.

Qattuzo həmçinin “Liverpul”un hücumçusu Federiko Kyezanın fiziki problemlərə görə düşərgəni tərk etdiyini təsdiqləyib.

Baş məşqçi görüşün böyük stadionda deyil, Berqamoda keçirilməsi qərarının da ona məxsus olduğunu bildirib.

Qeyd edək ki, İtaliya millisi qalib gələcəyi təqdirdə finalda Uels - Bosniya və Herseqovina cütünün qalibi ilə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
qol.az

2Mənbələr