AZ

Tramp İranla danışıqların yeni raundunu elan edib

ABŞ-nin İranla ciddi keçən danışıqlarında ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak ediblər. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp əlavə edib ki, ABŞ yüksək vəzifəli İran lideri ilə danışıb və danışıqların yeni raundu bu gün telefon vasitəsilə keçiriləcək.

O həmçinin bildirib ki, ABŞ o cümlədən nüvə materiallarının İrandan çıxarılmasına nail olmağa çalışır.

O, İranla mühüm ortaq məqamların və razılıqların olduğunu vurğulayarq bildirib ki, "indi münaqişəni bitirmək üçün şans var".

Öz növbəsində, "Sky News" bildirib ki, D. Trampın sözlərinə görə, İran sülh yolu ilə nizamlanma barədə razılaşma əldə etməyi çox istəyir.

Seçilən
20
7
anews.az

9Mənbələr