AZ

"İnter" hakim səhvlərindən daha güclü olmalıdır"

"İnter"in prezidenti Cüzeppe Marotta A Seriyasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, "Football Italia" funksionerin dediklərini belə çatdırıb.

“Bu, çətin vəziyyətdir və biz bir neçə addım geri atmışıq. Bəlkə də bu, zədələr və ya yorğunluqla bağlıdır, lakin mövsümün bu mərhələsində bu, bütün komandalar üçün qaçılmazdır. Mən burada bəhanə axtarmaq üçün yox, sona qədər mübarizə aparacağımızı təsdiqləmək üçünəm.” 

Marotta hakimliklə bağlı mübahisələrə xüsusi diqqət yetirmək istəmədiyini də vurğulayıb: “Biz özümüzü zərərçəkmiş kimi göstərmək istəmirik. Sadəcə, hakimlərin qərarlarında və epizodların qiymətləndirilməsində vahid yanaşmanın olmasını istəyirik ki, bu da futbolun ümumi xeyrinədir. Biz hakim səhvlərindən daha güclü olmalıyıq.”

“Neradzurri” turnir cədvəlinə başçılıq etsə də, komandanın bütün turnirlər üzrə qələbəsiz oyunlar seriyası 4 matça çatıb. Aprelin 5-də A Seriyasının 31-ci turu çərçivəsində "İnter" öz meydanında "Roma" ilə qarşılaşacaq.

Seçilən
52
90deqiqe.az

1Mənbələr