AZ

Bu gün ölən prodüser barədə elə bir paylaşım etdi ki...

Xəbər verdiyimiz kimi, türkiyəli prodüser Erol Köse faciəli şəkildə vəfat edib. O, Sarıyerdəki evində 16-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib. Prodüserin 3 aydır evdən çıxmadığı və intihar etdiyi barədə iddialar yayılıb. Ölümün şübhəli olması səbəbindən İstanbul Baş Prokurorluğu rəsmi araşdırma başladıb.

Publika.az xəbər verir ki, müğənni Atilla Taş prodüserin ölüm xəbərindən sonra sosial şəbəkədə onun barəsində etdiyi paylaşımla müzakirələrə səbəb olub.

“Mənim haqqımda çoxlu böhtan yaydın! Məndən milyonlarla lirə oğurladın! İllərlə müqavilənlə işləməyimə icazə vermədin! Məni işimdən və dolanışığımdan məhrum etdin. Səni bağışlamıram, cəhənnəmdə yan, Erol Köse!”, - deyə ifaçı bildirib.

Atilla Taşı dəstəkləyənlərlə yanaşı, ölmüş şəxsin ardından belə paylaşım etməsinin doğru olmadığını bildirənlər də olub. Müğənni isə məsələyə aydınlıq gətirərək bildirib ki, həmin sözləri Erol Köse həyatda ikən onun üzünə də deyib.

Seçilən
68
publika.az

1Mənbələr