AZ

Dünən gecə çox adamın yata bilməməsinin səbəbi açıqlandı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Dünən gecə bir çox insan eyni problemdən narazılıq edib. Sosial şəbəkələrdə paylaşılan rəylər göstərir ki, kütləvi şəkildə yuxuya getməkdə çətinlik çəkənlərin sayı artıb. İnsanlar gecə boyunca tez-tez oyandıqlarını, səhər isə yorğun və baş ağrısı ilə qalxdıqlarını bildirirlər.Demokrat.az-ın məlumatına görə mütəxəssislər bu qəfil yuxusuzluğun səbəbini kosmik hadisələrlə əlaqələndirirlər. Yer kürəsində qeydə alınan G3 səviyyəli geomaqnit qasırğası bioloji ritmlərə təsir edib. Günəşdən gələn yüklü hissəciklərin planetin maqnit sahəsi ilə toqquşması nəticəsində yaranan bu dalğalanmalar, xüsusilə həssas insanlarda yuxu rejiminə birbaşa müdaxilə edir.Orta şiddətli hesab edilən bu qasırğa təkcə texnoloji sistemlərdə deyil, insan sağlamlığında da iz qoyur. Yuxu keyfiyyətinin düşməsi gün ərzində iş qabiliyyətinin azalmasına və ümumi halsızlığa səbəb olur. Həkimlər bu cür dövrlərdə sakit mühit yaratmağı və elektron cihazlardan uzaq durmağı tövsiyə edirlər. Prosesin müvəqqəti olduğu və qasırğanın təsiri azaldıqca yuxu rejiminin normallaşacağı gözlənilir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
demokrat.az

1Mənbələr