AZ

"Borussiya" idman direktorunu göndərdi

style='margin-bottom:10px;'>

“Borussiya” idman direktoru Sebastyan Kel ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə vaxtından əvvəl xitam verildiyi bildirilib.

Direktor Lars Rikkenin sözlərinə görə, yay dövrü dəyişikliklər üçün uyğun hesab edildiyindən bu qərar hər iki tərəfin hazırlıq görməsi məqsədilə qəbul olunub. O, həmçinin Kelin klub üçün gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, Sebastyan Kel 2022-ci ildən idman direktoru kimi çalışırdı və onun rəhbərliyi dövründə komanda Çempionlar Liqasının finalına yüksəib. Hazırda “Borussiya” Bundesliqada 2-ci pillədədir.

Seçilən
23
teleqraf.com

1Mənbələr