AZ

Yeni “Volga” təqdim edildi FOTOLAR

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada yenidən dirçəldilmiş “Volga” avtomobili təqdim edilib.

Avtosfer.az xəbər verir ki, yeni “Volga”nın ilk modeli K50 krossoveridir. Avtomobil 2 litrlik 230 at gücü benzin mühərrik və səkkizpilləli avtomat ötürmə ilə təchiz edilib. Maşının adativ asqısı nahamar yollarda rahat hərəkəti təmin etmək üçün nəzərdə tutulub.

Avtomobilin satışı yayda başlayacaq. Qiymətlər satışdan bir neçə gün əvvəl elan ediləcək. 

Yeri gəlmişkən, sovet Volqasını fərqləndirmək üçün ruslar yeni modeli latın hərfləri ilə “Volga” şəklində yazırlar. Bizim vərdiş etdiyimiz QAZ-24, QAZ-31 isə “Volqa” kimi yazılmalıdır. 

Bir faktı da nəzərə alaq ki, sovet avtomobili kimi bu model də orijinal deyil. Sovet maşını Amerika avtomobillərinin surəti idisə, bu, Çin krossoverinin Rusiyada yığılmış versiyası hesab edilə bilər. Eynən “Moskviç” kimi.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
avtosfer.az

1Mənbələr