ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
"OnlyFans" platformasının sahibi Leonid Radvinski 43 yaşında vəfat edib. Bloomberg agentliyi milyarderin xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb.Radvinski 1982-ci ildə Odessada doğulub. Daha sonra ailəsi ilə birlikdə Çikaqoya köçüb və orada iqtisadiyyat təhsili alıb. O, 2018-ci ildə OnlyFans şirkətinin səhmlərinin böyük hissəsini britaniyalı təsisçilərdən alaraq platformanın əsas simasına çevrilmişdi.Onun rəhbərliyi dövründə platforma qlobal populyarlıq qazanıb. Xüsusilə böyüklər üçün nəzərdə tutulan kontent sahəsində inqilab edən xidmət bir çox modelə milyonlar qazandırıb. 2025-ci ilin payızına olan məlumata görə, iş adamının sərvəti 7,8 milyard dollar civarında qiymətləndirilirdi.Milyarder həm də xeyriyyəçi kimi tanınırdı. O, xərçənglə mübarizə və heyvanların mühafizəsi ilə məşğul olan fondlara mütəmadi olaraq maliyyə yardımı ayırırdı. İndi London mərkəzli nəhəng şirkətin gələcək idarəçiliyinin necə olacağı maraq doğurur.Qeyd edək ki, sözügedən platforma əxlaqsızlığın təbliği ilə məşğuldur.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.