AZ

Luis Enrikenin üzləşdiyi qəribə hadisə hamını güldürdü - Video

style='margin-bottom:10px;'>

Fransa çempionatının 27-ci turu çərçivəsində keçirilən “Nitsa” - PSJ oyununda (0:4) qəribə hadisə yaşanıb.

QOL.az xəbər verir ki, matçın gedişində PSJ-nin baş məşqçisi Luis Enrike gənc futbolçusu Senni Myelyunu texniki zonaya çağıraraq ona taktiki göstərişlər verib. Bu zaman isə rəqib futbolçu Elye Vai də yaxınlaşaraq məşqçinin dediklərini dinləməyə çalışıb.

Onlar Vaini uzaqlaşdırmağa çalışsalar da, 23 yaşlı fransalı futbolçu yenidən yaxınlaşıb və söhbəti dinləməyə davam edib. Bu anlar sosial şəbəkələrdə qısa zamanda yayılaraq azarkeşlər arasında gülüş doğurub.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr