BAKI, 23 mart. TELEQRAF
İran və ABŞ arasında danışıqların hazırkı şəraitdə mənası yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Məclisin Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi bildirib.
"Tramp ya yalan danışır, ya da cəfəngiyat danışır. Dağıdıcı hərbi zərbələr və artan neft qiymətləri şeytanı ümidsizliyə sürükləyib. Bu şəraitdə danışıqlar mənasızdır. Düşmən yalnız güc və raket dilini başa düşür", - deyə o, X-də yazıb.