ain.az bildirir, Qol.az portalına istinadən.
Ben Uayt İngiltərə millisində
"Arsenal"ın müdafiəçisi Ben Uayt İngiltərə millisinə dəvət alıb.
QOL.az xəbər verir ki, bu, "Bayer"də (Leverkuzen) çıxış edən Carell Kuansanın zədələnməsi fonunda mümkün olub. Uaytın komanda yoldaşı Ebereçi Eze kimi Kuansa da səhhətindəki problemlər səbəbindən milli komandanın düşərgəsinə qoşula bilməyib.
Sıradan çıxan iki futbolçunun əvəzinə yığmaya Ben Uayt və "Nyukasl"ın hücumçusu Harvi Barns çağırılıb.
Qeyds edək ki, Uayt sonuncu dəfə dörd il əvvəl, 2022-ci ilin martında Kot-d'İvuarla oyunda İngiltərə millisinin formasını geyinib. O, DÇ-2022 üçün Qətərə yollansa da, məşqçilər heyəti ilə yaşanan anlaşılmazlıq səbəbindən beynəlxalq karyerasına fasilə vermişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.