AZ

Türkiyə və Pakistanın XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

BAKI, 23 mart. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri, o cümlədən ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər.

XİN rəhbərləri regionda sülh və sabitliyi təmin etmək üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr