AZ

Siyasət Əsgərov Türkiyə klubunun xüsusi qonağıdır

Qadınlardan ibarət Azərbaycan milli futbol komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə səfərdədir.

İdman.Biz bildirir ki, o, qadınlardan ibarət Birinci Liqa klubu “Qaziantep Safir”in prezidenti Murat Kocaardıçın dəvəti ilə bu ölkəyə yollanıb və hazırda klub rəhbərinin xüsusi qonağı kimi komandanın düşərgəsində iştirak edir.

Siyasət Əsgərov səfər çərçivəsində “Qaziantep Safir”in məşqçilər korpusu ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparır, məşq proseslərini yaxından izləyir və öz təcrübəsini həmkarları ilə bölüşür. O, 2022/2023-cü illər mövsümündə Türkiyənin “Fomget” qadın komandası ilə ölkə çempionluğunu qazanıb.

Baş məşqçi səfər zamanı “Qaziantep Safir”in martın 24-də “Haymana”ya qarşı keçirəcəyi pley-off qarşılaşmasını da stadiondan izləyəcək. Həmin oyunda Azərbaycan milli komandasının futbolçuları da üz-üzə gələcək. Belə ki, Coşqunə Əliyeva “Qaziantep Safir”in, Aysun Muradova isə “Haymana”nın heyətində çıxış edir. Matçın qalibi Türkiyə Superliqasına vəsiqə qazanacaq.

İdman.Biz
Seçilən
8
9
idman.biz

10Mənbələr