AZ

“Real”da təsadüfən Ronaldonun ayağına toxunan futbolçu: Cinayət idi

“Real Madrid”in ikinci komandasının keçmiş müdafiəçisi Manu Hernando məşq zamanı Kriştiano Ronaldo ilə baş verən hadisənin ona necə təsir etdiyindən danışıb.

Publika.az xəbər verir ki, hazırda Sequndada “Racinq”də oynayan Hernando “Təsadüfən Kristianonu təpiklədim. Bunu etmək niyyətində deyildim, hətta ayağımı qoymaq belə istəmirdim, amma vuracağımı hiss edən kimi yerə yıxıldım. O, məndən bir az əvvəl topa toxundu və mən onun axilles vətərinə dəydim.

Bu, cinayət idi. Düşündüm ki, özümü necə də qarışıq vəziyyətə salmışam. Həmin il artıq məşq etmədim”, - deyə qeyd edib.

Seçilən
20
publika.az

1Mənbələr