AZ

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Bakı. Trend:

2025-ci ildə Hindistanın Azərbaycana birbaşa investisiyalarınınhəcmi 56,047 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,9 milyon dollar vəya 29,8% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Hindistandan reallaşan investisiyaların payı 0,8% təşkiledib.

Dövr ərzində Azərbaycandan Hindistan iqtisadiyyatına birbaşainvestisiya qoyuluşu qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Məqalədə:
Seçilən
32
10
az.trend.az

10Mənbələr