AZ

Körfəzdə mina tələsi Tehran bütün dəniz yollarını partlatmaqla hədələyir

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın Müdafiə Şurası ABŞ-ın mümkün quru əməliyyatına cavab olaraq Fars körfəzindəki bütün strateji dəniz yollarını və sahil xətlərini minalayacağı barədə rəsmi xəbərdarlıq yayıb.Musavat.com xəbər verir ki, "Fars" agentliyinin yaydığı bəyanatda düşmənin İran sahillərinə və ya adalarına hər hansı hücum cəhdinin bütün nəqliyyat xətlərinin müxtəlif növ dəniz minaları, o cümlədən üzən minalarla qapadılmasına səbəb olacağı bildirilir.

Müdafiə Şurasının bəyanatındakı şok məqamlar:

"Ümumi minalanma": Tehran bəyan edib ki, hücum olacağı təqdirdə tək Hörmüz boğazı deyil, bütün Fars körfəzi uzun müddətə keçilməz bir "ölüm zonasına" çevriləcək.

Neytral ölkələr üçün ultimatum: Bəyanatda deyilir ki, müharibədə iştirak etməyən dövlətlərin gəmiləri üçün yeganə çıxış yolu tranzit keçidini əvvəlcədən Tehranla rəsmi şəkildə razılaşdırmaqdır. Əks halda, onların da təhlükəsizliyinə təminat verilmir.

1980-ci illər xatırlatması: İran tərəfi 1980-ci illərdəki "Tanker müharibəsi"ni nümunə gətirərək, o zaman 100-dən çox mina təmizləyən gəminin bir neçə dəniz minasını zərərsizləşdirməkdə aciz qaldığını xatırladıb və indiki texnoloji imkanları ilə regionu tamamilə iflic edəcəklərini vurğulayıb.

Bu təhdid ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna qarşı qoyduğu 48 saatlıq ultimatum fonunda gərginliyi ən pik həddə çatdırıb. Hərbi analitiklər hesab edirlər ki, körfəzin minalanması qlobal neft tədarükünün 20%-nin kəsilməsi və dünya iqtisadiyyatının çöküşü deməkdir. Hazırda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və müttəfiqləri körfəzdə naviqasiya azadlığını qorumaq üçün əlavə mina təmizləyən qüvvələri bölgəyə cəlb etməyə başlayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
1
hurriyyet.az

2Mənbələr