AZ

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? MÜHÜM AÇIQLAMA

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Yaxın günlərdə müvafiq marşrut xətləri üzrə  167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobus xidmətə başladı. Bu avtobuslar həm ekoloji baxımdan digər avtobuslarla müqayisədə zərərsizdir, həm də hərəkət zamanı səs çirkliliyinin qarşısını alır.Ancaq bəzi sərnişinlər  iddia edirlər ki, elektrikli avtobusların sürəti qazla sıxılmış avtobuslara nisbətən daha yavaşdır. Onlar deyir ki, öncədən 40 dəqiqəyə mənzil başına çatsalar da, hazırda həmin yolu 1 saata başa vururlarMaraqlıdır ki, bu, avtobusların texniki fərqindən irəli gələn haldırmı?Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu iki avtobus arasında birinin qazla, birinin elektriklə işləməsindən başqa böyük texniki fərq yoxdur.O vurğulayıb ki, avtobusların yenilənməsi, ödəniş vasitələrinin çeşidliliyi, hətta yeni avtobusların təkcə mərkəzdə yox, həm də şəhərətafı qəsəbələrdə istifadəyə verilməsi çox müsbət haldır.“Marşruta buraxılan yeni elektrobusların adaptasiya dövrüdür. Elektrikli avtobusların yeni gətirildiyi ilkin vaxtlarda da buna oxşar, gecikmə halları müşahidə olunurdu”.Ekspert vurğulayıb ki, yaxın günlərdə belə hallar öz həllini tapacaq, gecikmələr aradan qalxacaq.“Hazırda yeni xətlər, yeni park açılıb. Buna görə də uyğunlaşma dövrüdür. Nəzərə almalıyıq ki,  elektrobuslar daha sakit və komfortludur. Bu da nəinki mərkəzdə, həm də kənd və qəsəbələrdə hərəkəti daha rahat edir”.Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
3
bizim.media

4Mənbələr