Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, leysan yağışlar bir həftə əvvəl baş verən qış fırtınasından sonra yağıb, nəticədə yaranan sellər evləri və avtomobilləri aparıb.
Daşqınlar Honolulunun şimalında 5500 nəfərin təxliyəsinə səbəb olub, lakin sonradan bu göstəriş ləğv edilib. Xilasedicilər suyun sürətlə yüksəldiyi ərazilərdən 200-dən çox insanı təhlükəsiz yerə təxliyə ediblər. Tələfat barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31