AZ

Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna hücumları 5 günlüyə təxirə saldığını açıqlayıb və danışıqların davam etdiyini bildirib.Modern.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə "Truth social" platformasında qeyd edib.Donald Tramp İrana 48 saat vaxt vermişdi ki, Hörmüz boğazında gəmilərin maneəsiz keçidini bərpa etsin. Əks təqdirdə, İranın enerji infrastrukturuna dəhşətli zərbələr endiriləcəyini vəd etmişdi.İran isə ABŞ-İsrail koalisiyası əməliyyata başlayacağı təqdirdə Fars körfəzində minaların yerləşdirəcəyini açıqlamışdı.Donald Tramp İranın enerji infrastrukturuna hücumu təxirə salmaq qərarın belə bəyan edib:"Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran İslam Respublikası son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması ilə bağlı çox yaxşı və məhsuldar müzakirələr aparıblar. Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin gedişatına və tona əsaslanaraq qərar verdim. Bu kontekstdə, davam edən görüşlərin və müzakirələrin uğurla başa çatması şərtilə, Müdafiə Nazirliyinə İrandakı elektrik stansiyalarına və enerji infrastrukturuna edilən hər hansı bir hərbi hücumu beş gün təxirə salmağı tapşırdım".21 martda Tramp İrana ultimatum vermişdi: əgər Hörmüz boğazı 48 saat ərzində tam açılmasa, ABŞ İranın elektrik stansiyalarını məhv etməyə başlayacaq.

Tehran düşmənə eyni şəkildə cavab verəcəyini və bütün ABŞ və İsrail enerji infrastrukturunu, informasiya texnologiyaları qurğularını və duzsuzlaşdırma qurğularını qanuni hədəf hesab edəcəyini bildibişdi. İran hakimiyyəti həmçinin ABŞ sahildə və ya İran adalarında quru əməliyyatı keçirmək qərarına gələrsə, bütün Fars körfəzini minalamaqla hədələyib.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
modern.az

1Mənbələr