"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni rekorda imza atıb.
QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, onun komandası ötən gecə "Arsenal"a qalib gələrək İngiltərə Liqa Kubokunu qazanıb.
Nəticədə Qvardiola bu titulə ən çox yiyələnən baş məşqçi olub. O, bunadək "Mançester Siti" ilə 4 dəfə də bu kuboku qazanmışdı.
Beləliklə, mütəxəssis Liqa Kubokunu ən çox qazanan baş məşqçi adına sahib çıxıb (5 dəfə).
Qvardiola 2016-cı ildən "şəhərlilər"i çalışdırır.