AZ

“Orada həyat bir siqaretdən ucuzdur” “Putin cəbhəyə gəlsəydi...”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyada müharibəyə səfərbər edilənlərdən biri – Maksim Kondraşkin (təhlükəsizlik məqsədilə adı dəyişdirilib) üç il yarım cəbhə xəttində olub. Ağır yaralanaraq ayağını itirib və buna baxmayaraq, özünü şanslı sayır. Onun sözlərinə görə, 2022-ci ilin payızında səfərbər olunanların əksəriyyəti artıq həyatda deyil. O bildirir ki, səfərbər olunan şəxs cəbhədən ya ağır yaralı, ya fərari, ya da “200-cü yük” (meyit) kimi qayıdır.

Kondraşkin “Sever.Realii” nəşrinə cəbhədəki vəziyyət, komandirlərin münasibəti və müharibənin reallıqları barədə danışıb.

“Həyat bir siqaretdən ucuzdur”

36 yaşlı Maksim Oryol vilayətindəndir. Müharibədən əvvəl tikinti şirkətində menecer işləyib. Səfərbərlik xəbərinin onu əvvəlcə qorxutmadığını deyir: “Məzuniyyətimin ikinci günü idi. Oturub pivə içirdim ki, səfərbərlik elan olundu. Düşündüm ki, mən kimin nəyinə lazımam? Lakin ertəsi gün hərbi komissarlığa çağırıldım. Heç rəsmi çağırış vərəqəsi də verilmədi”.

Xüsusi təyinatlılarda xidmət etdiyinə görə ilk çağırılanlardan olub. Heç bir tibbi müayinə aparılmadan qısa müddətdə hərbi hissəyə göndərilib. Hazırlığın formal xarakter daşıdığını qeyd edir: “Poliqonda cüzi sayda patron verirdilər. Təlimlər real döyüşə uyğun deyildi. Dərs deyənlərin əksəriyyəti cəbhə təcrübəsinə malik deyildi”.

2023-cü ilin oktyabrında onları cəbhəyə göndəriblər. Maksimin olduğu bölmə əsasən səfərbər olunanlardan ibarət olub: “Bizi gecə sahəyə aparıb sığınacaq qazmağı tapşırdılar. Bir neçə həftədən sonra hücuma göndərildik. Üç gün ərzində rotanın yarısı sıradan çıxdı”.

Onun sözlərinə görə, texnoloji baxımdan Ukrayna tərəfi üstünlük təşkil edir: “Onlarda dronlar və texnika daha çoxdur. Biz isə bir çox zəruri vasitələri öz vəsaitimizlə alırdıq – rabitə cihazları, generatorlar, dərmanlar və s.”.

“İtkilər ciddi miqyasdadır”

Maksim itkiləri çox yüksək qiymətləndirir. Onun sözlərinə görə, şəxsi heyətin böyük hissəsi ya həlak olub, ya da yaralanıb. 

O bildirir ki, bəzi hallarda itkilərə görə məsuliyyət daşınmır: “İtki yoxdursa, fəaliyyət zəif hesab olunur. Bu isə vəziyyəti daha da ağırlaşdırır”.

Onun fikrincə, zaman keçdikcə əsgərlər arasında motivasiya azalıb: “Bir müddətdən sonra heç kim bu müharibənin məqsədini anlamırdı. Əsas istək bunun bitməsi idi”.

2025-ci ilin iyulunda mina partlayışı nəticəsində ağır yaralanıb. Cəbhədə gördüklərini belə təsvir edir: “Səngərlərdə vəziyyət çox ağır idi. Hər tərəfdə dağıntı və itkilər var idi”.

Hazırda müalicə alan Maksim hələ kompensasiya almadığını bildirir və peşmanlığını gizlətmir: “Əgər seçim imkanım olsaydı, bu müharibəyə getməkdənsə, başqa yolu seçərdim. Ən çətin sual isə budur – bütün bunlar nə üçün idi?”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
102
azpolitika.info

1Mənbələr