Kreml Rusiyanın guya ABŞ-nin Ukrayna ilə bu cür məlumatları paylaşmağı dayandıracağı təqdirdə İranla kəşfiyyat məlumatlarını paylaşmamağı təklif etməsi barədə məlumatı "yalan" adlandırıb.
"Yeni Sabah" xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:
"Bu məlumat yalan, daha doğrusu, yalan kateqoriyasına aiddir".
"Politico" nəşri mənbələrə istinadla xəbər vermişdi ki, Mayamidə ABŞ Prezidentinin elçisi Stiv Uitkofla görüş zamanı Rusiya xüsusi nümayəndəsi Kirill Dmitriyev guya belə bir təklif irəli sürüb: Rusiya Yaxın Şərqdəki ABŞ qoşunları haqqında kəşfiyyat məlumatlarını verməyi və bunun müqabilində Vaşinqton Kiyevə Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını verməyi dayandıracaq. Nəşrin məlumatına görə, ABŞ bu təklifi rədd edib.
Dmitriyevin özü "Politico"nun "X" hesabında ingilis dilində "Fake - "Saxta" şərhi yazıb.
Telegram kanalımız