AZ

Avropa İttifaqında bu ölkənin birliyə qoşulması müzakirə olundu

Avropa İttifaqında Kanadanın birliyə qoşulması ilə bağlı ssenari müzakirə olunub.

Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, Berlin şəhərində keçirilən “Avropa 2026” konfransında Fransanın xarici işlər naziri Jean-Noel Barrot uzun illərdir ekspertlər arasında mübahisə doğuran mövzuya yenidən toxunub.

O, çıxışı zamanı Kanadanın Avropa İttifaqına qoşulmasının hipotetik ssenarisindən bəhs edib. “Vzglyad” nəşri yazıb ki, iştirakçılar nazirin fikirlərini daha çox zarafat və ya təxribat kimi qəbul ediblər.

Barrot bildirib ki, hazırda Avropa İttifaqının genişlənməsi üçün doqquz rəsmi namizəd var və onların sırasında Qərbi Balkan ölkələri ilə yanaşı, Ukrayna da yer alır.

Seçilən
74
publika.az

1Mənbələr