AZ

Qızım sevərək ailə qurmayıb, heç kim ağ atlı oğlan AXTARMASIN

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əməkdar artist Elnarə Abdullayeva açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, tanınmış xanəndə bu dəfə qızının ailə həyatı ilə bağlı etirafları ilə gündəm yaradıb.

Sənətçi bildirib ki, övladının evliliyində bir ana kimi müəyyən qədər müdaxilə edib:

"Çox yox, bir ana kimi müdaxilə etdim. Qızım perspektivi olan oğlanla ailə qurmalı idi. Qızımla kürəkənim sevərək evlənməyiblər. Valideynlər deyib ki, filankəsin qızı və oğlu var. Baxıb görmüşəm ki, özümüzə uyğun adamdır, normal, sakit ailədirlər. Demişəm ki, ay bala, başını sal aşağı dolan. Heç kim ağ atlı oğlan deyil, onu axtarmasınlar".

Müğənni əlavə edib ki, onun üçün "perspektiv" anlayışı yalnız maddi imkanlarla ölçülmür:

"Perspektiv pulla bağlı deyil, insanın xarakterindən və çalışqanlığından asılıdır".

Sənətçinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər valideyn təcrübəsini və realist yanaşmanı dəstəkləsə də, digərləri sevgi olmadan qurulan ailələrin uğurlu olmayacağını bildirərək tənqidi fikirlər səsləndiriblər.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
3
news.milli.az

4Mənbələr