AZ

Boksçularımız Macarıstanda 4 medal qazanıb

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.

Qabil YUSİFOĞLU

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
12
xalqqazeti.az

10Mənbələr