AZ

İran Avropa nəhəngini vura bilər - İDDİA

Tehranın Hind okeanında yerləşən Dieqo Qarsiya adasındakı Britaniya–Amerika birgə hərbi bazasına raket atması İran raketlərinin uzaqmənzilli imkanlarını nümayiş etdirib.

Azreform.info xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, buraxılış qurğuları 180 dərəcə əks istiqamətə yönəldilsəydi, London asanlıqla İran raketlərinin çatma məsafəsində ola bilərdi.

Bundan əvvəl “Mehr” agentliyi İran hakimiyyətinin Dieqo Qarsiya adasındakı Britaniya–Amerika bazasına iki ballistik raket atıldığını təsdiqlədiyini bildirmişdi.

Seçilən
64
6
azreform.info

7Mənbələr