AZ

Knutov: İran bu hücumla mesaj verdi ki...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın İsrailin Dimona şəhərindəki nüvə mərkəzinin ərazisinə zərbə endirməsi nümayiş xarakterli olub.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Yuri Knutov deyib.

O qeyd edib ki, iranlılar kiçik döyüş başlığı olan raketdən istifadə ediblər.

"Bu, simvolik zərbə idi. Deyirlər ki, siz bizim strateji obyektlərimizə hücuma davam etsəniz, biz sizinkini tamamilə fərqli döyüş başlığı və fərqli gücə malik raketlə vuracağıq. Və bəlkə də yalnız bir raketlə deyil".

Qeyd edək ki, martın 21-də İran İsrailin cənubunda, ölkənin iki əsas nüvə obyektindən birinin yerləşdiyi Dimona şəhərinə hücum edib. Bundan əvvəl ABŞ və İsrail İranın Natanzdakı uranın zənginləşdirilməsi kompleksinə zərbələr endirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
axar.az

1Mənbələr