AZ

“Milli adət-ənənələr və bayramlar” - rəsm yarışması yekunlaşıb

Yazını böyüt
Yazını kiçilt

AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” uşaq və gənclər qəzetinin təşkilatçılığı ilə keçirilən “Milli adət-ənənələr və bayramlar” mövzusunda rəsm yarışması yekunlaşıb.

Hafta.az xəbər verir ki, yanvarın 17-dən martın 15-dək keçirilən müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, milli adət-ənənələri geniş təbliğ etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

8-11, 12-15 yaşlı uşaqlar arasında keçirilən müsabiqəyə Azərbaycandan 87 iştirakçı müraciət edib, 100-dən çox rəsm işi təqdim olunub. Müraciət martın 15-də yekunlaşıb və seçim mərhələsi başlayıb. Təqdim edilən rəsm işləri müvafiq meyarlar üzrə qiymətləndirilərək qaliblər müəyyənləşib.

Azərbaycan üzrə 8-11 yaş kateqoriyasında I yerin qalibi Kövsər Qurban

II yerin qalibi Əli Bənnayev

III yerin qalibi isə Abdurrahman Səlimli olub.

12-15 yaş kateqoriyasında I yerə Mikayıl Həbibullahlı

II yerə Fərəh Əkbərzadə

III yerə isə Türkan Abbaszadə seçilib.

Özbəkistan üzrə 8-11 yaş kateqoriyasında I yerin qalibi Ruşana Şirinova

II yerin qalibi Ruşana Davletşina 

III yerin qalibi isə Nafisaxon Mirzohidova olub.

12-15 yaş kateqoriyasında isə I yerə Arsen Puzerenko

II yerə Maryamxon Yakubova

III yerə David Burıy seçilib.

Seçilən
88
1
hafta.az

2Mənbələr