Hörmüz boğazında gəmiçiliyin dayandırılması Tehranın qərarları ilə deyil, qarşı tərəfin başlatdığı hərbi əməliyyatlarla bağlıdır.
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində yazıb.
“Hörmüz boğazı bağlanmayıb”, – deyə o bildirib ki, gəmilərin hərəkəti sığorta şirkətlərinin İranın deyil, başqa tərəfin başlatdığı müharibə ilə bağlı risklərdən ehtiyat etməsi səbəbindən dayandırılıb.