AZ

Kim Çen In yenidən KXDR Dövlət İşləri üzrə sədr seçilib

BAKI, 23 mart. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yenidən yüksək vəzifəyə seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Telegraf Agentliyi məlumat yayıb.

Məlumata görə, KXDR Ali Xalq Məclisinin I sessiyasında Kim Çen In yenidən Dövlət İşləri üzrə sədr vəzifəsinə seçilib.

Agentliyin yaydığı məlumatda qeyd olunur ki, qərar sessiya zamanı qəbul edilib və Kim Çen In növbəti dəfə bu postu tutacaq.

Qeyd edək ki, fevral ayında Kim Çen In Koreya Əmək Partiyasının baş katibi vəzifəsinə də yenidən seçilmişdi.

Seçilən
126
teleqraf.com

1Mənbələr