AZ

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın 15 qərargahını vurub

BAKI, 23 mart. TELEQRAF

İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlar həyata keçirdiyini bildirib.

Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı ən-Nəbatiyə şəhəri ərazisində “Hizbullah” hərəkatına məxsus 15 qərargah və komanda mərkəzinə zərbələr endirildiyini açıqlayıb.

Ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunub ki, “ən-Nəbatiyə bölgəsində həyata keçirilən növbəti zərbələr silsiləsi zamanı “Hizbullah”a məxsus 15 qərargah və komanda mərkəzi hədəfə alınıb”.

Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.

Seçilən
100
teleqraf.com

1Mənbələr