AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 25-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 25-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.
Rəhim Həsənov ümumilikdə 6 matçda qeydə alınmış 11 mübahisəli epizodu dəyərləndirib. O, hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.
Qeyd edək ki, 25-ci turun “Turan Tovuz” – “Qəbələ” matçında 3, “Şamaxı” – “Araz-Naxçıvan” və “Karvan” – “Zirə” görüşlərində 2, “Sabah” – “Sumqayıt”, “Neftçi” – “İmişli” və “Kəpəz” – “Qarabağ” görüşlərində isə 1 mübahisəli epizod var.
AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
