AZ

Bayram günü avtobus xarab oldu, sərnişinlər yolda qaldı

ain.az bildirir, Bakivaxti portalına istinadən.

569 nömrəli marşrut avtobuslarından şikayətlər artmaqda davam edir.

Sərnişinlərdən Bakıvaxtı.az-ın qaynar xəttinə daxil olan məlumata görə, bu dəfə sözügedən marşrutun sonuncu səfəri zamanı avtobus yolun ortasında sönüb.

Şikayətə görə, vətəndaşlar bayram əyləncəsini tam yaşaya bilməyiblər. Belə ki, avtobus yolun ortasında söndüyündən  gecə saatlarında yolda qalıblar.

Hadisəyə səbəb avtobusun elektrik enerjisinin bitməsi göstərilir. Ancaq dəqiq səbəb hələlik bəlli deyil.

Eyni zamanda şikayətə əlavə edilib ki, 569 nömrəli marşrut digər marşrutlar kimi gecə saat 00:00-a kimi deyil, 10:00-a qədər, bəzən daha tez səfərlərini bitirir. Bu da sərnişinlərin gecə saatlarında yolda qalmasına, uzaq və ya bahalı alternativlərə yönəlməsinə səbəb olur.

Həmçinin kobud rəftar təhlükəli manevrlər də şikayətlər arasında yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
bakivaxti.az

1Mənbələr