AZ

Paşinyan metroda Qarabağdan köçən bir şəxsə: “Siz qaçdınız!”

"Sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran sizlər idiniz. İndi isə buraya gəlib deyirsiniz: "Geri qayıtmaq istəyirdik".

"Unikal" xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın metroda sərnişinlə mübahisə etməsi və Qarabağ mövzusunda səsləndirdiyi sərt fikirlər ciddi müzakirələrə səbəb olub. Hadisə bu gün İrəvan metrosunda qeydə alınıb.

Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız?

Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz, qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın".

Hadisənin görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.

Seçilən
77
unikal.az

1Mənbələr