AZ

Bayram günlərində daha bir mübahisə qanla bitdiVİDEO

Ata oğlunu bıçaqlamaqda şübhəli bilinir.

Xezerxeber.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Oğuz rayonunun Ərmənət kəndində qeydə alınıb.

Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Zakir Məmmədov xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Regional Qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən ata saxlanılıb. Araşdırma aparılır.

Goranboyda isə 38 yaşlı kişi bıçaqlanıb. Hadisə rayonun Qurbanzadə kəndində baş verib.

Məlumata görə, Fariz Məmmədov özündən 11 yaş kiçik yeniyetmə tərəfindən bıçaqlanıb. Yaralı gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. ona ilkin tibbi yardım göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
76
xezerxeber.az

1Mənbələr