AZ

Ukraynanın anti dron texnologiyası dünyanı heyrətləndirməkdə davam edir

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna dron texnologiyası ilə yanaşı, anti-dron texnologiyası ilə də dünyanı heyrətləndirməkdə davam edir.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Rusiyanın artan dron hücumları qarşısında effektiv müdafiəni təmin etmək üçün anti-dron texnologiyasının inkişafına xüsusi diqqət yetirən Ukrayna ciddi yeniliyə imza atıb. Belə ki, Ukrayna birdəfəlik istifadə üçün nəzərdə tutulan və ələ keçirilməsi demək olar ki, mümkünsüz olan dronları neytrallaşdırmağı və təhlükəsiz şəkildə yeri endirməyi bacarıb.

Ukraynanın bu uğuru dünya hərb tarixində ilk hadisə hesab edilir. Çünki bugünə qədər bu kateqoriyadan olan dronlar vurulması mümkün olan, fəqət ələkeçməz hesab olunurdu.

Birdəfəlik istifadə üçün nəzərdə tutulan dronlrın ələ keçirilərək yerə endirilməsinin bir neçə üstünlüyü mövcuddur. Belə ki, bu dronların yerə endirilməsi onların vurulması üçün sursat sərfinin qarşısını alır, büdcəyə qənaəti təmin edir.

Bundan başqa, bir çox hallarda vurulan dronun yerə düşən qalıqları dağıntılara səbəb olur ki, dronun yerə endirilməsi bu təhlükəni də ortadan qaldırır.

Üçüncüsü, Ukraynalı mütəxəssislər birdəfəlik dronları da yenidən proqramlaşdıraraq istifadəyə cəlb edir ki, bu da düşmənin öz silahından özünə qarşı istifadə etmək deməkdir.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
moderator.az

2Mənbələr