AZ

Seriya A: “Komo”dan “Piza”ya “beşlik

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən “Komo” - “Piza” matçı meydan sahiblərinin mütləq üstünlüyü ilə başa çatıb. “Cuzeppe Siniqalye” stadionunda baş tutan qarşılaşmada “Komo” rəqib qapısından beş cavabsız top keçirib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı yeddinci dəqiqədə Assane Diao açıb. 29-cu dəqiqədə Anastasios Duvikas fərqi ikiyə çatdırıb. İkinci hissənin startında Martin Baturina (48-ci dəqiqə) hesabı 3:0 edərək matçın taleyini böyük ölçüdə həll edib. Görüşün sonlarında isə Nikolas Pas (75) və Maksimo Perrone (81) fərqlənərək yekun hesabı müəyyənləşdiriblər - 5:0.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran “Komo” turnir cədvəlində dördüncü pillədəki mövqeyini möhkəmlədib. Cəmi 18 xalı olan “Piza” isə sonuncu - 20-ci yerdə qalmaqda davam edir.

Növbəti turda “Komo” aprelin 6-da səfərdə “Udineze”nin qonağı olacaq. “Piza” isə bir gün əvvəl doğma meydanda “Torino”nu qəbul edəcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
icma.az

2Mənbələr