AZ

SEPAH komandanı Azərbaycanla sərhədə niyə GƏLDİ?

SEPAH-ın Quru Qoşunları komandanı Kyumərs Heydəri İranın qərb və şimal-qərb sərhədlərinə yoxlama turu keçirib.

“Cebheinfo.az”-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, o, bölmələrinin hazırlığını və sərhəd bölgələrindəki vəziyyəti qiymətləndirib.

Onun sözlərinə görə, quru qüvvələri bölmələri maksimum döyüş və mənəvi hazırlıq vəziyyətindədir və istənilən təhdidə tez cavab verməyə qadirdir.

Heydəri sərhəd pozucularının hər hansı bir hərəkətinə qəti və qətiyyətli cavab veriləcəyini, mümkün pozuntulara qarşı təhdid səviyyəsindən asılı olmayaraq sürətli və "sarsıdıcı" cavab veriləcəyini vurğulayıb.

Seçilən
36
4
cebheinfo.az

5Mənbələr