AZ

Bernardu Silva “Barselona”ya can atır: Menecer təklif edib

İngiltərənin “Mançester Siti” futbol komandasının yarımmüdafiəçisi Bernardu Silva karyerasını “Barselona”da davam etdirməyi prioritet variant kimi nəzərdən keçirir.

İdman.Biz “Sport.es” nəşrinə istinadla xəbər verir ki, 31 yaşlı futbolçunun namizədliyi agenti Jorje Mendeş vasitəsilə Kataloniya klubuna təklif olunub.

“Barselona” rəhbərliyi portuqaliyalı oyunçunun transferini maraqlı variant hesab etsə də, hazırda komandada onun mövqeyində kifayət qədər oyunçunun olduğunu bildirib. Bu səbəbdən transfer prioritet sayılmır, çünki klub daha çox müdafiə və hücum xəttini gücləndirməyə diqqət yetirib. Bununla belə, kataloniyalılar Silvanın oyun keyfiyyətlərini yüksək qiymətləndirirlər.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 41 matçda iştirak edib, üç qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri təxminən 27 milyon avro (54 milyon AZN) təşkil edir.

İdman.Biz
Seçilən
74
1
idman.biz

2Mənbələr