AZ

Binədə “ARAF” kuboku həyəcanı FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “ARAF” kuboku uğrunda konkur yarışları keçirilib. Turnirdə ölkənin müxtəlif atçılıq klublarını təmsil edən 21 yaşadək idmançılar altı yaşadək atlarla, 21 yaşdan yuxarı süvarilər isə yaş məhdudiyyəti qoyulmayan atlarla öz güclərini sınayıblar.

İdman.Biz xəbər verir ki, gərgin keçən mübarizənin sonunda üç müxtəlif kateqoriya üzrə qaliblər müəyyənləşib.

“A” kateqoriyası üzrə Amena Qonizzi “Pur-Pur” ləqəbli atla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri “Tibet” ləqəbli atla Ayan Fərəcova, üçüncü yeri isə “Püstə” ləqəbli atla Vəfa Angel Seyid tutub.

“L” kateqoriyasında Anar Hümbətov “Zirvə” ləqəbli atla hamıdan sürətli və dəqiq olaraq birinci yeri qazanıb. Elmar Abdullayev “Cartanio” ilə ikinci, Darya Staravoytova isə “Cherry Moon” ləqəbli atla üçüncü yerə layiq görülüblər.

“M” kateqoriyasında isə Ramil İbrahimov “Şirin” ləqəbli atla turnirin qalibi adını qazanıb. Bu kateqoriyada Anar Hümbətov “Damla” ilə ikinci, Elmar Abdullayev isə yenidən “Cartanio” ləqəbli atla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
icma.az

2Mənbələr