AZ

Bakıda Formula 1 yarışı ləğv oluna bilər?

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Formula-1” yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.

Bu barədə iddia ilə “Formula-1″i işıqlandıran idman jurnalisti Culiana Çerasoli çıxış edib.

O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:

“Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və “Formula-1″ təqviminə uyğun keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, “Formula-1” təqviminə əsasən, Bəhreyn (4-cü mərhələ) və Səudiyyə Ərəbistanında (5-ci mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beşhəftəlik fasilə yaranacaq. May ayında çempionat Mayami Qran-prisi ilə davam edəcək.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
16
azpost.info

10Mənbələr