AZ

Naxçıvanda restoranda baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb YENİLƏNİB VİDEO

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvan, 22 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420 kvadratmetr olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın çardaq hissəsi, 20 kvadratmetr sahə yanıb.

Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət alan olmayıb.

Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.

13:17

Naxçıvan şəhərində yerləşən “Kəklikotu” restoranında yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
17
azertag.az

10Mənbələr