AZ

Amerikalı jurnalistdən gözlənilməz addım

Amerikalı jurnalist, insan haqları üzrə hüquq müdafiəçisi Kristofer Helali gözlənilməz addım atıb.

Azreform.info xəbər verir ki, Helali TASS-a açıqlamasında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını bildirib. O, bundan sonra rusların Xüsusi Hərbi Əməliyyat (SVO) adlandırdıqları Ukrayna müharibəsinə qatılacaq.

"Bəli, mən belə bir müqavilə imzaladım", - Helali döyüşdə öldürülmüş "Rodnya" dəstəsinin komandiri Yevgeni Nikolaev üçün təşkil olunan vida mərasimində olarkən deyib.

Rusiya mediası yazıb ki, Helali Nikolayevi şəxsən tanıyırmış və onu "daha yaxşı dünya" uğrunda mübarizə aparan əsl vətənpərvər adlandırıb: "O, mənim üçün çox dəyərli bir insan idi, mənə qardaş kimi davrandı. Buna görə də burada olmağım çox vacibdir".

Qeyd edək ki, Helali həm də Amerika Kommunist Partiyasının üzvüdür.

Seçilən
62
3
azreform.info

4Mənbələr